QAN YADDAŞI
“QARA YANVAR” HADİSƏLƏRİ VAŞİNQTONDA ANILMIŞDIR
Vaşinqton, 20 yanvar (AZƏRTAC). ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilmişdir.
ABŞ hökumət sturkturlarının, təhlil mərkəzlərinin, yerli mətbuat nümayəndələrinin, Vaşintondakı Azərbaycan və türk icmalarının üzvlərinin, eləcə də Azərbaycanın çoxsaylı dostlarının iştirak etdiyi tədbirdə Palatanın icraçı direkotru Mahir İsgəndər, səfirliyin müşaviri Xəzər İbrahim və “Azərbaycan İnterneşnl” jurnalının təsisçisi və baş redaktoru xanım Betti Bleyer çıxış etmişdilər.
M. İsgəndər Azərbaycan xalqı üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu mərasimdə iştirak etdikləri üçün iqonaqlara minnətdarlığını bildirmişdir.
X. İbrahim vurğulamışdır ki, 20 Yanvar azərbaycanlılar üçün həm kədər, həm də milli qürur günü hesab olunur. Azərbaycanın azadlığı uğrunda həyatlarını qurban verən qəhrəman oğul və qızlarını hüznlə xatırlayan xalqımız eyni zamanda, onların Sovet qoşunlarına sinə gərərək müstəqilliyimizi bərpa etməklə şanlı tarix yazdıqları üçün onlarla qürur duyur.
Xanım Betti Bleyer nüfuzlu “Nəşnl Ceoqrafik” jurnalının fotoqrafı Reza ilə birgə müəllifi olduğu, Qara Yanvar hadisələrini dünyaya çatdıran “Azərbaycan İnterneşnl”-ın məqaləsini qonaqların diqqətinə çatdırmışdır.
Fotoqraf həmin ağır günlərdə çətinliklədə olsa Bakıya gəlmiş, qanlı hadisələrin şahidinə çevrilmişdir. O, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini öz fotoşəkillərində əks etdirmişdir.
Daha sonra toplantı iştirakçıları “Qara Yanvara aparan yol” sənədli filmini izləmişdilər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın ABŞ üzrə müxbiri
######
![]() |
![]() |