“Qarabağ: folklor da bir tarixdir” kitabının IV cildi çap edilmişdir
Bakı, 21 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” kitabının IV cildi çap edilmişdir.
AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunmuş bu cildə Laçın, Qubadlı və Zəngilan rayonlarının folklor nümunələri toplanmışdır.
Toplunun layihə rəhbəri institutun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyevdir.
Kitab institutun reallaşdırdığı “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə çərçivəsində işıq üzü görmüşdür. Layihənin məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir.
Layihə çərçivəsində artıq 6 kitab çap olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]