Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ məsələsində Çinin insanpərvər mövqeyi dəyişməzdir

Qarabağ məsələsində Çinin insanpərvər mövqeyi dəyişməzdir

Bakı, 18 aprel, AZƏRTAC 

Ermənistanda çıxan “Yerkramas” nəşrində Marina Qriqoryan ad-soyadlı birisi Azərbaycanın işğal edilmiş ərazilərində bu günlərdə keçirilmiş “seçkilər” adlı klounadanın nəticələrinin dünyada heç kim tərəfindən tanınmaması ilə əlaqədar şivən qaldırıb. O, özünü və oxucularını bununla sakitləşdirməyə çalışıb ki, bu “seçkilər”in nəticələrinin beynəlxalq aləmdə tanınmasını əslində Ermənistanda da o qədər də gözləmirdilər. Əlbəttə, heç kəs bu fikirlə mübahisə etmir, xüsusən ona görə ki, ermənilər özləri də namizədliklərini irəli sürmüş oyunbazların bu hoqqalarının legitimliyinə o qədər də inanmırlar. Bəli, inanmırlar, amma öz “miatsum”larının imicini ağciyərlərin süni ventilyasiya aparatı vasitəsilə qoruyub saxlamaqda davam etmək üçün bu inamsızlığı üzə vurmamağa çalışırlar. M.Qriqoryan öz uydurma ümidlərinin illüzorluğunu saxlamaq üçün hər ehtimala qarşı “hələlik tanınmamış Arsax” ifadəsindən istifadə edir.

Azərbaycan torpaqlarının işğalının davam etdiyi otuz il ərzində ermənilər özlərinə “hələlik” sözü ilə təsəlli veriblər. Əlbəttə, onların bu arzusu ürəklərində qalacaq.

İşğalın müvəqqəti hal olması bu yaxınlarda Bakıda açıq-aydın ifadə edildi ki, xüsusilə çətin anlayanlar da bunu başa düşsünlər. Əgər M.Qriqoryan əvvəlki kimi yenə də bunu anlamırsa, erməni qoşunları bir vaxt Qarsı, Ərzurumu necə tərk etmişdilərsə, Qarabağı da eləcə (könüllü və ya məcburi şəkildə) tərk edəndə onun əhvalı tamam korlanacaq. Onlar Qarsa, Ərzuruma da gələndə elə bilirdilər ki, bu “həmişəlikdir”, bir-birini “xilaskar” adlandırır, bir-birinin şərəfinə sağlıq deyirdilər. Onda da ermənilərin heç biri inanmaq istəmirdi ki, bütün bunlar müvəqqətidir. Amma ...

Gəlin hadisələri qabaqlamayaq, hər şeyin öz vaxtı var, o cümlədən M.Qriqoryanın kədərlənməsinin də vaxtı gələcək.

Bu qrafoman xanımın hər kəlməsi üzərində dayanmaq, onun mənasız söz yığınının hər abzasını şərh etmək öz dəyərli vaxtımızı qiymətləndirməmək və adını tələffüz etmək də çətin olan bir nəşri reklam etmək təsiri bağışlayardı. Bununla belə, həmin cızmaqaranın kənar müşahidəçiləri aldatmaması üçün bir mövzu üzərində qısaca dayanmaq istərdik, xüsusən ona görə ki, məhz indiki halda M.Qriqoryan bizim yüz yaşlı agentliyimizin adına da ləkə yaxmaq istəyir.

M.Qriqoryan öz cızmaqarasında yazır ki, CCTV telekanalının müxbiri öz ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat katibinə sual verəndə Azərbaycanın Pekindəki səfirliyi “arzu edilən cavabı almayıb”. Onun sözlərinə görə, diplomatın cavabında Azərbaycanın ərazi bütövlüyünün Pekin tərəfindən dəstəklənməsi barədə heç nə deyilməyib. O elə buradaca AZƏRTAC-ı ifşa etmək istəyir, guya bu agentlik “özünün arzu etdiyi, lakin “həqiqətə uyğun olmayan” sözləri Çin hökumətinin “adına yazır”. Sadə dildə desək, M.Qriqoryan AZƏRTAC-ı Çin tərəfinin rəsmi mövqeyini “özbaşına tamamlamaqda” təqsirləndirir, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Pekin tərəfindən daim dəstəklənməsi barədə deyilənləri az qala “feyk” adlandırır. Guya Pekin “belə hesab etmir”, AZƏRTAC isə bütün bunları “onun adına yazır”.

Bu yerdə nə deyəsən! Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin Azərbaycanın Pekindəki səfirliyinə bu həftə göndərilmiş rəsmi məktubu qarşımızdadır. Oradan sitat gətiririk:

“Dağlıq Qarabağ məsələsində Çin tərəfinin mövqeyi aydın və dəyişməz qalır. Çin və Azərbaycan əməkdaşlıq üzrə dost tərəfdaşlardır, hər iki tərəf bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dönmədən və qarşılıqlı surətdə hörmət edir, hər iki dövlət qarşılıqlı münasibətlərini məhz bu prinsiplər əsasında inkişaf etdirir”.

Bu bəyanatın mənasını xırdalamağa ehtiyac varmı? Gəlin hadisələri sondan əvvələ doğru xronoloji ardıcıllıqla xatırlayaq. Bir ildən bir qədər az əvvəl - 2019-cu il mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nüfuzlu hökumət nümayəndə heyətini qəbul edir. ÇXR Xarici işlər naziri Van İ öz çıxışında iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını və Çin tərəfindən Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edir.

Bəlkə bunu da AZƏRTAC Çin tərəfinin “adına yazıb”?

Daha sonra. Elə həmin 2019-cu il aprelin 24-də (yaxşı tarixdir, eləmi?) Pekində ÇXR Sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub. Bu görüşdə Çin dövlətinin başçısı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

2018-ci il sentyabrın 17-dən 21-dək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Pekinə işgüzar səfər edir və çinli həmkarı ilə görüşüb. Çinin Xarici İşlər naziri görüşdə Ermənistan-Azərbaycan münaqişəsi məsələsində öz dövlətinin mövqeyinin dəyişməzliyini vurğulayıb. Bu mövqe hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış sənədlərdə və onların rəsmi bəyanatlarında da ifadə olunub.

Qarşımızda 2018-ci il 14 may tarixli 078/2018 nömrəli daha bir sənəd var. Bu, Çinin Bakıdakı səfirliyinin Azərbaycan XİN-ə göndərdiyi notadır. Bu sənəddə də Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsindən bəhs edilir.

Əcəba, bəs “arsaxın azadlıqsevər xalqının” təyini-müqəddərat hüququ harada qaldı? Bağışlayın, belə şey yoxdur! Bəlkə bu hüquq təsadüfən ÇİN XİN-in Yerevana ünvanlanmış notalarında göstərilir? Bu da absurddur...

2015-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə ÇXR Sədri Si Cinpin arasında görüş olub. Çin dövlətinin başçısı bu görüşdə bəyan edib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə (!), onun müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə yönəlmiş səyləri bundan sonra da dəstəkləyəcək.

Elə həmin vaxt, 2015-ci ilin dekabrında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşməsi haqqında” Birgə Bəyannamə qəbul edilib. Tərəflər bu sənəddə bir-birinin ərazi bütövlüyünün qarşılıqlı dəstəklənməsini, habelə Tayvanın ÇXR-in, Dağlıq Qarabağ regionunun isə Azərbaycan Respublikasının tərkib hissəsi kimi qarşılıqlı tanınmasını bəyan ediblər.

Geriyə xronologiya bax belədir. Görəsən doğrudanmı, ən ali səviyyədə qəbul edilmiş bütün bu bəyanatlardan sonra M.Qriqoryan yenə də hansısa cəfəng illüziyalara uyacaq ki, XİN-in mətbuat katibi CCTV telekanalının müxbirinin sualına cavabında belə gözəl və ardıcıl ənənələrlə razılaşmayacaq? Marina, siz qara pişiyi öz qaranlıq otağınızda axtarın! Bizim otağımızda tapmayacaqsınız!

Bu yazını xoş bir sonluqla bitirmək istərdik. M.Qriqoryan vaxtilə bir ədalətli fikir söyləmişdi, demişdi ki, Çinin mövqeyi nə ermənipərəst, nə də azərbaycanpərəst mövqedir, bu, həqiqətən insanpərvər mövqedir. Bax bu, həqiqətdir. Şübhə etmirik ki, M.Qriqoryanın vurğuladığı kimi, məhz Çinin insanpərvərliyi və onun dünyanın və regionun mənafelərinə tamamilə adekvat olan humanist mövqeyi 1993-cü ildə ölkə rəhbərliyini BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyi, Marinanın rahatlığını pozacaq “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsinin yazıldığı qətnamələrə dörd dəfə səs verməyə sövq etmişdi. “dqr” yox, “arsax” yox, məhz həmin sənədlərdə yazıldığı və Çinin dörd dəfə səs verdiyi ifadə. Bəli bu uzaq illərdən başlamış və o vaxtdan bəri dəyişməz qalmış Çinin insanpərvərliyi, onun mövqeyinin humanizmi və adekvatlığı Yerevana və onun əlindən yem alan cızmaqaraçılara heç rahatlıq vermir. Onlar əksər hallarda ümumbəşəri xarakterli hədəflərlə Yerevanda buna diametral zidd olan vektor arasında çox böyük sivilizasiya fərqini görmürlər. M.Qriqoryanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Çinin mövqeyini alqışlaması onun cızmaqaralarında azacıq da olsa müsbət məqamdır. Atalar yaxşı demişkən, “dəlidən doğru xəbər” buna deyərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir