“Qarabağ” Nigeriyada istedadlı futbolçular axtarır
Bakı, 11 dekabr, AZƏRTAC
“Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Nigeriyaya yollanır.
Bu barədə AZƏRTAC-a funksionerin özü məlumat verib.
O bildirib ki, səfərin məqsədi Laqos şəhərində keçirilən “Obasa Cup” turnirində iştirak edən bəzi istedadlı futbolçuları izləməkdir: “Orada keçirəcəyim 5-6 gün ərzində turnirdə çıxış edən bir neçə istedadlı futbolçunu diqqət mərkəzində saxlayacağam. Məqsədimiz akademiyanın gələcəyi üçün çalışmaq və yaxşı futbolçular yetişdirməkdir”.
A.Hacıyev cari mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün transfer edilən nigeriyalı futbolçular Tohib Abidun və Muyidin Oludenin klubla gələn ilin yayınadək müqaviləsi olduğunu, bu səbəbdən komandada qalacağını söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]
“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib
- 10.08.2026 [12:31]
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar
- 10.08.2026 [11:48]