“Qarabağ”ın monteneqrolu futbolçusu: Azərbaycandakı həyat tərzimdən razıyam
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan “Qarabağ” klubunun monteneqrolu futbolçusu Marko Yankoviç komandasının qızıl medalları qazanması barədə fikirlərini bölüşüb.
AZƏRTAC-a açıqlamasında 29 yaşlı yarımmüdafiəçi özünü xoşbəxt hiss etdiyini bildirib: “Komandamla fəxr edirəm. Qarşımıza qoyulan əsas məqsədə çatdıq. Hazırda əla hisslər keçiririk. Futbolda hər nəticəyə hazır olmaq lazımdır, həm qələbəyə, həm də məğlubiyyətə. İndi bizi “Sabah”la kubokun final oyunu gözləyir. Hədəfimiz bu qarşılaşmada da qalib gəlib mövsümü iki titulla başa vurmaqdır”.
Monteneqro millisinin üzvü “Qarabağ”dakı gələcəyi ilə bağlı da danışıb: “Hazırda klubla müqaviləm qüvvədədir. Təkliflər varsa da, bunu indidən açıqlamaq düzgün olmaz. Hər zaman ehtimallar var, amma hazırda buradayam”.
Marko Yankoviç Azərbaycandakı yaşayışdan da razılığını ifadə edib: “Buradakı həyat tərzimdən məmnunam. İnsanların bizə olan münasibəti çox istiqanlı və fərqlidir. Azərbaycan xalqına hər şey üçün təşəkkür edirəm”.
Qeyd edək ki, “Qarabağ” klubu tarixində 12-ci dəfə Azərbaycan çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]