Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin binası istifadəyə verilib

Kəngərli, 29 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili böyük nailiyyətlərlə qarşılayır.

“Muxtariyyət ili”ndə Naxçıvanda bütün sahələrdə olduğu kimi, təhsil infrastrukturunun yenilənməsi istiqamətində də kompleks tədbirlər görülüb. Aparılan quruculuq işləri nəticəsində müasir məktəb binaları tikilib, təhsil ocaqlarının maddi-texniki bazası xeyli möhkəmləndirilib. Bu sahədə həyata keçirilən tədbirlər Kəngərli rayonunun Qarabağlar kəndini də əhatə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 29-da - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə məktəbin direktoru Mənsim Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən Qarabağlar kəndinə də pay düşüb. Yüksək zövqlə tikilib istifadəyə verilən məktəb binası həm məktəbin kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olub. Müasir şərait, yeni tədris vasitələri kollektivi daha yüksək nəticələrin qazanılmasına ruhlandırır.

Mənsim Məmmədov göstərilən dövlət qayğısının müqabilində səylə çalışacaqlarına, şagirdləri təhsilli və vətənpərvər ruhda böyüdəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar kənd 1 nömrəli tam orta məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli lider Heydər Əliyevin “Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır” - fikrini xatırladaraq deyib: Ulu Öndərimiz gənclərin gələcəyin təminatçıları kimi hazırlanmasını mühüm vəzifə kimi müəyyənləşdirmişdir. Bu sahədə də Ümummilli Liderimizin yoluna sədaqətini əməli işdə göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə təhsilin inkişafına, məktəb işinə mühüm əhəmiyyət verir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin binasının istifadəyə verilməsi də ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Ali Məclisin Sədri deyib: Məktəbin qarşısında duran əsas vəzifə gəncləri gələcəyə hazırlamaq, onların bacarıq və marağına uyğun peşələrə yiyələnməsinə nail olmaqdan ibarətdir. Ümumtəhsil məktəblərini bitirən hər bir gənc vətənpərvər böyüməklə yanaşı, həm də peşə sahibi olmalıdır. Ölkəmizdə gənclərin orta ixtisas, peşə və ali təhsil almaları üçün hər cür şərait vardır. Gənclərimiz bu şəraitdən səmərəli istifadə etməli, hər hansı bir təhsil pilləsi üzrə öz təhsillərini davam etdirməlidirlər. Ölkəmizin, eləcə də muxtar respublikanın orta məktəblərində yaradılan şərait, tədrisin normal təşkili qarşıya qoyulan bu vəzifələrin icrasına imkan verir. Bu gün istifadəyə verilən Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində də gənclərin hazırlanması üçün hərtərəfli şərait yaradılmış, tədrisin müasir metodlarla tətbiqi təmin edilmişdir. Gənclərimiz bu şəraitdən səmərəli istifadə etməli, müəllimlər şagirdlərlə fərdi qaydada məşğul olmalı, onların hər biri vətənpərvər gənc kimi yetişdirilməlidir.

Məktəbin nailiyyətlərinin uğurlu olduğunu qeyd edən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, məktəbdə tarixən formalaşmış təhsil ənənələrinin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Sonra Ali Məclisin Sədri Kəngərli rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.

Məlumat verilib ki, məktəb 648 şagird yerlikdir. 4 mərtəbədən ibarət olan məktəbdə 5-i elektron lövhəli olmaqla 36 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat, 2 kompyuter, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Muxtar respublikada məktəb kitabxanalarının müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin kitabxanası da zəngin fonda malikdir. Burada 8 mindən çox dərslik və bədii ədəbiyyat vardır.

Ali Məclisin Sədri 1-ci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu il məktəbin birinci sinfinə 28 şagird qəbul olunub. Məktəbdə sinif otaqlarının yaş pillələrinə uyğun yerləşdirilməsi aşağı sinif şagirdlərinin tədris metodlarını daha yaxşı qavramağa, eləcə də bilik, bacarıq və dünyagörüşlərini inkişaf etdirməyə imkan verir.

Kompyuter siniflərində müasir tədris imkanları yaradılıb, 38 kompyuter dəsti quraşdırılıb və internetə qoşulub.

Elektron lövhələrin təhsildə tətbiqi dərslərin daha səmərəli mənimsənilməsinə xidmət edir. Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 206 ümumtəhsil məktəbi ilə Bəhruz Kəngərli muzeyi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləyib, Naxçıvanın tarixi və bu torpağın yetirmələri olan görkəmli şəxsiyyətlər haqqında elektron dərsliklərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında da müasir tədris şəraiti yaradılıb.

Muxtar respublikada gənc nəslin hərtərəfli inkişafına hesablanmış məqsədyönlü tədbirlər həyata keçirilir. İdmanın inkişafı və kütləvi xarakter alması istiqamətində görülən işlər də bu məqsədə xidmət edir. Məktəbdə istifadəyə verilən müasir idman zalı və açıq idman qurğuları, eləcə də şahmat otaqları fiziki və əqli cəhətdən sağlam gənclərin yetişdirilməsinə şərait yaradacaqdır.

Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində şagirdlər ilkin hərbi hazırlıq fənninə böyük maraq göstərirlər. Ötən tədris ilində məktəbin 3 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş hərbi kabinənin istifadəyə verilməsi bundan sonra da ilkin hərbi hazırlıq fənninin hərtərəfli tədrisinə imkan verəcəkdir.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib: Qarabağlar kənd 1 nömrəli tam orta məktəbi tarixən muxtar respublikanın nümunəvi təhsil ocaqlarından olmuşdur. Bu gün də məktəbin nailiyyətləri qənaətləndiricidir. Ötən tədris ilində 12 məzun ali məktəbə, 3-ü orta ixtisas məktəbinə qəbul olunmuş, tələbə adını qazanan məzunlardan 2-si 500-700 intervalında yüksək bal toplamış, 1 şagird məktəbi qızıl medalla bitirmişdir. Məktəbin təhsil sahəsində qazandığı uğurlar dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, müəllimlərindən 1-i “Tərəqqi” medalına, 2-si Azərbaycan Respublikasının “Əməkdar Müəllimi”, 1-i Naxçıvan Muxtar Respublikasının “Əməkdar Müəllimi” fəxri adına layiq görülmüş, 1-i isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müəllim adı ən yüksək addır”. Bu gün Qarabağlar kənd 1 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi də öz fəaliyyəti ilə, ilk növbədə, müəllim adını doğrultmalı, məktəbdə təhsilli, dünya görüşlü və vətənpərvər gənclər yetişdirilməli, nailiyyətlər artırılmalıdır.

Müəllimlərdən Gülçin Cəfərova və Turac Məmmədova kollektiv adından minnətdarlıq edərək deyiblər ki, müasir məktəb binası şagirdlərin böyük sevincinə səbəb olub. Çünki muxtar respublikada təhsilə göstərilən qayğı, yeni məktəb binalarının tikilməsi gənclərin hərtərəfli böyüməsinə hesablanmış tədbirlərdir. Yaradılan şərait müəllimlərin üzərinə mühüm vəzifələr qoyur. Təhsilli və vətənpərvər gənclərin hazırlanması istiqamətində səylə çalışmaq, göstərilən etimada nailiyyətlərlə cavab vermək bundan sonra da məktəbin pedaqoji kollektivinin fəaliyyətində əsas istiqamət kimi götürüləcəkdir.

Məktəb binasının həyətində də geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Xidmət mərkəzi kənd sakinlərinin

gündəlik tələbatını ödəyəcəkdir

Qarabağlar kəndində aparılan kompleks quruculuq tədbirləri çərçivəsində yeni xidmət mərkəzi də inşa olunub.

Dekabrın 29-da xidmət mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını edib, burada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Bu cür zəruri sosial xidmətlərin bir mərkəzdən təşkili əhalinin rahatlığına xidmət edir. Mərkəzdə 7 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri deyib ki, bu gün Qarabağlar kəndində yeni məktəb binasının və xidmət mərkəzinin istifadəyə verilməsi kənddə uşaqların yaxşı təhsil almasına, insanlara lazımi məişət xidmətinin göstərilməsinə imkan verəcəkdir. Qarabağlar kəndi qədim tarixə və zəngin ənənələrə malikdir. Dünya əhəmiyyətli “Qarabağlar” türbəsi bu kənddə yerləşir. Muxtar respublikaya səfər edən turistlərin ən çox üz tutduqları ünvanlardan biri də bu abidədir. Gələcəkdə bu abidənin də bərpa olunması nəzərdə tutulub. Bu gün kəndin tarixi görkəmi qorunub saxlanılmaqla yanaşı, həm də müasir inkişafına xüsusi diqqət yetirilir, geniş abadlıq-quruculuq işləri aparılır. Sakinlər də yaradılanları qorumalı, kəndin inkişafına öz töhfələrini verməli, kənd yalnız qədim tarixi ilə deyil, həm də müasir inkişafı ilə diqqəti cəlb etməlidir.

Ali Məclisin Sədri bu işlərin görülməsində sakinlərə uğurlar arzulayıb, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Kənd ağsaqqalı Vəli Əsədov deyib ki, son illər Qarabağlar kəndində geniş quruculuq işləri aparılıb. Həyata keçirilən tədbirlər, sakinlərin rifahının yüksəldilməsi istiqamətində görülən işlər dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir. Hər bir sakin ölkəmizin inkişafı, eləcə də onun hər bir bölgəsinin, hər bir kəndinin bu cür müasir görkəm alması ilə fəxr edir, bütün bunları insan amilinə verilən qiymət kimi dəyərləndirirlər.

Vəli Əsədov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq edib.

X X X

Aparılan quruculuq işləri nəticəsində daha da müasir görkəm alan Qarabağlar kəndinin yol infrastrukturu da yenidən qurulub, 3 kilometrdən artıq kənddaxili yola asfalt örtük salınıb, 3 selötürücü, 18 su keçidi quraşdırılıb, 672 metr beton kanal çəkilib. Kənddə nümunəvi rabitə xidmətinin təşkili məqsədilə 1100 metr fiber-optik kabel, 470 metr yeraltı, 250 metr hava xətti çəkilib. Quruculuq işləri zamanı elektrik xətləri və 6 transformator yarımstansiyası da əsaslı təmir olunub, 1 ədəd 250 kilovoltamper gücündə yeni transformator yarımstansiyası quraşdırılıb. Kəndin qaz təchizatı da yaxşılaşdırılıb, 560 metr məsafədə yeni qaz xətti çəkilib. Rayon mərkəzindən Qarabağlar kəndinədək olan ortatəzyiqli qaz xəttində təmir-bərpa işləri aparılıb. Həmçinin kənddə 2100 metr məsafədə içməli su xətti çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib