Qaraciyər xərçənginin erkən diaqnozu üçün alqoritm işlənilib
Bakı, 12 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, kiçik elmi işçi Lalə Qarayevanın həmmüəllifi olduqları “Gen cütlərinin oxşarlığına görə hepatosellular karsinomanın erkən diaqnozu alqoritmi” (Algorithm for Early Diagnosis of Hepatocellular Carcinoma Based on Gene Pair Similarity) adlı məruzə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular - Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəyə dair çıxış edən L.Qarayeva qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinomanın (HCC) erkən diaqnozu və proqnozlaşdırılması məsələsinin həlli üçün maşın təlimi alqoritmlərinin tətbiqi ilə bağlı aparılan tədqiqatın nəticələrindən bəhs edib.
L.Qarayeva bildirib ki, tədqiqat işində təqdim olunmuş alqoritmdə HCC toxumalarının ona oxşar CwoHCC qeyri-xərçəng toxumalarına oxşarlığı gen cütlərinin minimum kənara çıxması və maksimum uyğunluğu ilə təyin edilir. O, tədqiqatlar zamanı maşın təlimi metodları əsasında seçilmiş optimal gen cütlərinin xüsusiyyətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]