Qaradağ rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov ədliyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmişdir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran S.Mikayılov demişdir ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən hüquq islahatları nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olmuşdur. Bu islahatlar, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü seçilmişdir.
Tədbirdə Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi, ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsində oynadığı roldan söhbət açılmışdır.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bir qrup ədliyyə işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]