Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Qaradağ rayonunun Sahil qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı və könüllülər iştirak ediblər.
Qeyd edək ki, ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən respublikanın şəhər və rayonlarında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması tədbirlər planında nəzərdə tutulub.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən ölkənin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da ağacəkmə aksiyalarına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımi tədbirlər görülür.