“QARANT SIĞORTA” ŞİRKƏTİ TİBBİ SIĞORTA PROQRAMINI HƏYATA KEÇİRİR
AZƏRTAC xəbər verir ki, “Qarant Sığorta” şirkəti korporativ müştərilər üçün tibbi sığorta proqramını həyata keçirir. Proqrama sığortalanan şəxslərə həftənin bütün günləri 24 saat ərzində məsləhətlər verən və tibbi yardımın göstərilməsi üçün operativ çalışan təcrübəli həkimlərdən ibarət dispetçer xidməti daxildir.
Bundan əlavə, proqramda təxirəsalınmaz hallar zamanı təcili yardımın göstərilməsi və tibbi evakuasiyanın aparılması, ambulator və stasionar şəraitlərdə ən qısa müddətdə müayinə və müalicə tədbirlərinin həyata keçirilməsi, stasionar müalicədən sonra reabilitasiya tədbirlərinin aparılması nəzərdə tutulmuşdur. Proqrama ən müasir klinikaların stomatoloji xidmətlər paketi də daxildir.
Şirkətin müştərilərinə qabaqcıl klinikaların yüksək ixtisaslı həkimləri xidmət göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]