QARDAŞ TÜRK XALQININ ZƏFƏR VƏ HÜNƏR GÜNÜNÜ QÜRURLA BAYRAM ETMƏYƏ HAQQI VARDIR
AZƏRTAC xəbər verir ki, 19 May - Atatürkü Anma Gənclik və İdman Bayramı münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində toplantı keçirilmişdir.
Ümummilli liderimiz, müdrik dövlət xadimi Heydər Əliyevin və ulu öndər Mustafa Kamal Atatürkün əziz xatirələri yad olunmuş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilmişdir.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov Türkiyə Cümhuriyyətinin yaradılmasında və möhkəmlənməsində qüdrətli şəxsiyyət Mustafa Kamal Atatürkün tarixi rolundan danışmışdır. Bildirilmişdir ki, türk xalqının bu zəfər və hünər bayramını təntənə ilə qeyd etməyə mənəvi haqqı vardır.
Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmen və başqaları çıxış edərək ölkələrimizin mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduqlarını söyləmiş, türk dünyasının böyük oğulları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin bu sahədə xidmətlərini tarixi faktlarla diqqətə çatdırmışlar.
Mərasimdə bu ali təhsil ocağında oxuyan türkiyəli tələbələrin ifasında Vətən, torpaq, şəhidlər haqqında şeirlər səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]