Qaret Beyl “Real Madrid”i tərk etmək istəmir
Bakı, 23 iyul, AZƏRTAC
“Real Madrid”də Qaret Beyllə bağlı müəmma davam edir. Baş məşqçi Zinəddin Zidanın planlarına daxil olmayan uelsli futbolçu klubu tərk etmək istəmir. Buna səbəb onun yüksək məvacibidir.
AZƏRTAC xəbər verir ki, hazırkı dövrdə heç bir klub Beylə yüksək ödəniş etmək istəmir. O, özü də ehtiyatda qalmasına baxmayaraq komandasını dəyişmək niyyətində deyil. “Real”la müqaviləsi 2 il sonra başa çatacaq Beyl 2022-ci ilə kimi Madriddə qalmaq niyyətindədir. Əgər klub bu mövsüm müqaviləni birtərəfli şəkildə pozarsa futbolçuya ümumilikdə 60 milyon avroyadək təzminat ödəmək məcburiyyətində olacaq. Qeyd edək ki, Beyl “Real”ın son 7 oyununda iştirak etməyib. Bunların 6-da ehtiyatda olan uesli futbolçu sonuncu turda ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib. Cari mövsüm La Liqada 16 görüşdə meydana çıxan Beyl 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]