QATARLARIN HƏRƏKƏT CƏDVƏLİNDƏ DƏYİŞİKLİK EDİLƏCƏK
2002-ci il iyunun 2-dən etibarən Azərbaycan Dövlət Dəmir Yolunun respublikadan kənara gedən sərnişin qatarlarının hərəkət cədvəllərində və marşrutlarında dəyişiklik ediləcəkdir.
55/56 nömrəli Bakı-Moskva qatarı həftənin üçüncü, beşinci və bazar günləri saat 16.20-də Bakıdan yola düşəcək, həftənin ikinci, dördüncü və altıncı günləri saat 12.35-də Bakıya gələcəkdir.
31\32 nömrəli Bakı-Kiyev qatarı həftənin ikinci və altıncı günləri saat 18.35-də Bakıdan yola düşəcək, həftənin birinci və beşinci günləri saat 16.30-da Bakıya gələcəkdir.
269\270 nömrəli Bakı-Xarkov qatarı həftənin dördüncü və bazar günləri saat 18.35-də Bakıdan yola düşəcək, həftənin ikinci və altıncı günləri saat 16.30-da Bakıya gələcəkdir.
191\192 nömrəli Bakı-Rostov qatarı isə ayın tək günlərində saat 7.35-də Bakıdan yola düşəcək və ayın tək günlərində saat 23.15-də Bakıya gələcəkdir.
181\182 nömrəli Bakı-Həştərxan qatarının hərəkəti dayandırılmış, Həştərxana və Saratova gedən vaqonlar Bakı-Rostov qatarına qoşulacaqdır.
Bundan əlavə, dəmiryol nəqliyyatında sərnişinlərə xidmət səviyyəsini yüksəltmək məqsədi ilə yeni marşrutlar açılmışdır. İyun ayının 2-dən etibarən yeni 43\44 nömrəli Bakı-Brest sərnişin qatarı işləyəcəkdir. Qatar həftənin birinci və altıncı günləri saat 16.20-də Bakıdan yola düşəcək, həftənin birinci və altıncı günləri saat 12.35-də Bakıya gələcəkdir.
İyun ayının 2-dən etibarən birbaşa Bakı-Simferopol və Bakı-Lvov vaqonları təyin ediləcək, onlar 31\32 nömrəli Bakı-Kiyev qatarına qoşulacaqdır.