Qax rayonunun xidmət təşkilatlarında payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir
Qax, 19 noyabr (AZƏRTAC). Payız-qış mövsümündə əhalinin elektrik enerjisi, təbii qaz və digər kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədi ilə Qax rayonunun aidiyyəti xidmət təşkilatları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, payız-qış aylarında əhalini, eləcə də müəssisə və təşkilatları fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Qax Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən 37 transformator yarımstansiyasında, habelə 74 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Bundan əlavə, qəza vəziyyətində olan 21 elektrik dirəyi yeni beton dayaqla əvəz edilmişdir. Hazırda 10 kilovoltluq İlisu hava xəttinin yenidən qurulması işləri aparılır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Qaz İstismar Sahəsi tərəfindən 127 qaz tənzimləyici şkaf təftiş edilmiş, siyitmələr yoxlanaraq işlək vəziyyətə gətirilmişdir. 184 kilometr uzunluğunda orta və aşağı təzyiqli qaz xətlərinə texniki baxış keçirilmiş, qaz sızan yerlər aşkarlanaraq təmir edilmişdir. Qaz itkisinin qarşısının alınması məqsədi ilə istismar müddəti başa çatmış 620 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Eyni zamanda, 2827 abonentin mənzilində qaz avadanlıqlarına texniki baxış həyata keçirilmiş, profilaktik xidmət işləri aparılmışdır.
Payız-qış mövsümünün gəlişi ilə əlaqədar əhalinin, müəssisə və təşkilatların odun yanacağına olan tələbatının ödənilməsi məqsədi ilə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən kök üstə qurumuş ağacların və seyrəltmə nəticəsində yaranmış tör-töküntünün hesabına 3 min 50 kubmetr odun yanacağı ayrılmışdır və hazırda daşınması davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]