QAZAXDA İCTİMAİ DİNLƏMƏ KEÇİRİLMİŞDİR
Ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin araşdırılması məqsədi ilə növbəti ictimai dinləməni Qazaxda keçirmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, rayon icra hakimiyyətinin və bələdiyyələrin, məhkəmə, daxili işlər şöbəsi və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının və icmaların nümayəndələrinin iştirak etdikləri tədbirdə E.Süleymanova ictimai dinləmənin əhəmiyyətini, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu vurğulamışdır. O, insan hüquqları sahəsində geniş islahatların aparıldığını, MFP-nin təsdiqindən ötən müddətdə ölkəmizin bütün rayonlarında sənədin tətbiqi ilə bağlı ictimai dinləmələrin keçirildiyini söyləmişdir.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrasından danışmışlar.
Ombudsman Qazax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına da baxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]