İQTİSADİYYAT
Qazaxda keçirilən treninqdə "Ekoloji təmiz kənd təsərrüfatı" mövzusu müzakirə edilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə bu şəhərdə sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatı" mövzusunda treninq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, treninqdə "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzusunda təqdimat keçirilmiş, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları və s. barədə ətraflı məlumat verilmişdir.