REGİONLAR
Qazaxda Zəfər Gününə həsr olunmuş fləşmob təşkil edilib
Qazax, 8 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazax şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı fləşmoba xüsusi rəng qatıb.
Tələbələrin, gənclərin təşkil etdiyi fləşmob sakinlər tərəfindən maraqla izlənib.
Qeyd edək ki, qalib Azərbaycan xalqı artıq 4 ildir şanlı Zəfərimizi qürurla qeyd edir. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı.