Qazaxıstan 2029-cu ilədək 150 milyard dollar investisiya cəlb etmək niyyətindədir
Astana, 17 oktyabr, AZƏRTAC
Qazaxıstan iqtisadi baxımdan əhəmiyyətli uğurlar əldə edib. Biz 400 milyard dollar birbaşa xarici investisiya cəlb etmişik.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Astana Think Tank Forum”un plenar iclasında çıxışı zamanı bildirib.
“Ölkə 2029-cu ilə qədər 150 milyard ABŞ dolları məbləğində sərmayə cəlb etmək kimi strateji hədəflə yeni investisiya dövrünə başlayır”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Respublikası investorlara hərtərəfli dövlət dəstəyinin göstərilməsinin və operativ qərarların qəbul edilməsinin vacibliyini dərk edir.
“Bu məqsədlə də strateji investisiya layihələrinə nəzarət edən geniş səlahiyyətlərə malik İnvestisiya Şurası yaradılıb”, - deyə Tokayev qeyd edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]