Qazaxıstan MDB ölkələrinə 3 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Qazaxıstanın MDB ölkələri ilə kənd təsərrüfatı məhsulları sahəsində ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ildə 23 faiz artaraq 6,5 milyard dollara çatıb ki, bu da ölkənin həmin sahədə ümumi ticarət dövriyyəsinin 60 faizini təşkil edir.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov MDB ölkələrinin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığına dair nazirlər konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qazaxıstan Respublikasının MDB ölkələrinə ixrac etdiyi kənd təsərrüfatı məhsullarının həcmi 27 faiz artaraq 3 milyard dollara yaxın olub. Bu isə respublikanın aqrar-sənaye sektorunun ümumi ixracının 56 faizini təşkil edir. Eyni zamanda, Qazaxıstan MDB ölkələrindən 3,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu alıb ki, bu da ümumi idxalın 67 faizinə bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]