Qazaxıstan Senatına seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı hələ ki, dəqiqləşməyib
Nur-Sultan, 12 iyun, AZƏRTAC
Dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən Qazaxıstan Senatına seçkilərə beynəlxalq müşahidəçilərin dəvət olunmasında çətinlik yarana bilər.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrov bildirib. O qeyd edib ki, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı uçuşlara qoyulan məhdudiyyətlərin aradan qaldırılıb-qaldırılmamasından asılıdır.
Qeyd edək ki, Qazaxıstan yuxarı palatasına namizədlərin seçilməsi mərhələsi iyunun 13-dən başlayacaq. Namizədlərin qeydiyyatı iyulun 23-də başa çatacaq. Seçkiqabağı təşviqatın aparılması 18 gün nəzərdə tutulur. Avqustun 11-də “sükut günü”dür. Seçkilər isə avqustun 12-də keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]