Qazaxıstanın paytaxtında karantin rejiminin şərtləri sərtləşdirilə bilər
Nur-Sultan, 12 iyun, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultanda karantin rejiminin şərtləri sərtləşdirilə bilər.
AZƏRTAC xəbər verir ki, Nur-Sultanın baş sanitarı Janna Pralyeva şəhər sakinlərinin və şirkət rəhbərlərinin karantin qaydalarının tələblərinə səhlənkar davranmaqda davam edəcəkləri təqdirdə, paytaxtda karantin rejiminin sərtləşdiriləcəyini bildirib.
O diqqətə çatdırıb ki, Nur-Sultanda kinoteatrların fəaliyyətinin bərpası epidemioloji vəziyyətdən asılıdır.
Qeyd edək ki, Qazaxıstanın koronavirusun yayılmaması üzrə idarələrarası komissiyası iyunun 15-dən etibarən sanitariya tələblərinə əməl etmək şərti ilə kinoteatrların fəaliyyətini bərpa etmək qərarına gəlmişdi.
Ümumiyyətlə, Nur-Sultanda koronavirusa 2620 yoluxma hadisəsi qeydə alınıb və onlardan 1829 nəfər sağalıb, 14 nəfər həyatını itirib. Bu da Qazaxıstanda COVID-19-dan ən yüksək ölüm göstəricisidir.
İndiyədək ölkə üzrə koronavirusa 13 min 872 yoluxma faktı təsdiqlənib, 8593 nəfər sağalıb, 67 nəfər isə ölüb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]