“Qəbələ” 2020/2021-ci il mövsümünün ikinci hissəsinin hazırlığına start verib
Bakı, 5 yanvar, AZƏRTAC
“Qəbələ” futbol klubu 2020/2021-ci il mövsümünün ikinci hissəsinin hazırlığına start verib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib. Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edib.
Baş məşqçi Elmar Baxşıyevin yetirmələri hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçirəcəklər. Belə ki, yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Yanvarın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]