“Qəbələ” futbol klubunun əvəzedici komandası Gürcüstanda təlim-məşq toplanışındadır
Bakı, 20 iyul (AZƏRTAC). Növbəti mövsüm hazırlıqlarının ilkin mərhələsini doğma şəhərdə keçirən “Qəbələ” futbol klubunun əvəzedici komandası təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstandadır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, baş məşqçi Luis Araqonun yetirmələri qonşu ölkədə iyulun 27-dək hazırlıq keçəcəklər. Səfər çərçivəsində komanda iyulun 21-i, 22-si, 23-ü və 25-də yoldaşlıq oyununda qüvvəsini sınayacaqdır.
“Qəbələ” Gürcüstana 27 nəfərlik futbolçu ilə yollanmışdır. Heyətdə Rəşid Əmiraslanov, Murad Musayev, Müşfiq Teymurov, Hümbət Cəfərov, Ramazan Həsənov, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov, Tərlan Əhmədov, Elsevər Bəkirzadə, Əziz Hüseynov, Tellur Mütəllibov, Ruslan Bədəlov, Əli Hüseynli, Amol Yunanov, Kamal Mirzəyev, Salman İbrahimov, Fərid Hacıyev, Ehtiram Şahverdiyev, Qismət Alıyev, İbrahim Aslanlı, Həsən Hüseynov, Ramiz Əliyev, Elton Xudadatov, İsmayıl İsmayılov, Vəkil Talıbov, Elşən İsmayılov və Anar Hüseynov yer almışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [12:28]
NBA-da növbəti finalçı bəlli olub
- 26.05.2026 [11:43]
“Neftçi”nin futbolçusu Kipr klubuna keçir
- 26.05.2026 [11:34]
Əfran İsmayılov Premyer Liqaya yüksələn klubun vitse-prezidenti təyin olunub
- 26.05.2026 [10:44]
“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırıb
- 26.05.2026 [10:35]
La Liqada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlanıb
- 25.05.2026 [20:47]