“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümü ərəfəsində transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, "qırmızı-qaralar” heyətini albaniyalı müdafiəçi Yurgen Qoxa ilə gücləndirib. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub. Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]