QƏBƏLƏDƏ MEYVƏ-TƏRƏVƏZ SAXLAMAQ ÜÇÜN SOYUDUCU ANBAR TİKİLMİŞDİR
Qəbələ, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, tikintisi 2008-2009-cu illərdə həyata keçirilmiş anbarın ümumi sahəsi 7800 kvadratmetrdir. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Hazırda anbarda 50 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev müəssisədəki meyvəçeşidləmə sexində də oldu. Diqqətə çatdırıldı ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Dövlətimizin başçısı sexi işə saldı.
Prezident İlham Əliyev “Gilan-Holdinq”in müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə də baxdı. Bildirildi ki, 8 növ konyak, 14 növ şərab, 84 növ şirə istehsal edən bu müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır. Bundan başqa, “Gilan-Holdinq”in zeytundan müxtəlif qida məhsulları hazırlayan, yeyinti məhsulları istehsal edən və süd emalı müəssisələri də vardır. Bu müəssisələr hazırda MDB ölkələri də daxil olmaqla, 28 dövlətlə ticarət əməliyyatları aparır.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





