Qəbələli gənclərə “Bizdən sonra siz” layihəsi təqdim olunub
Qəbələ, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyi rayon gənclərinə “Bizdən sonra siz” adlı yeni layihə təqdim edib.
Nümayəndəliyin rəhbəri Teymur Alşanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihə çərçivəsində gənclər Azərbaycan Arıçılar Assosiasiyası Qəbələ rayon şöbəsinin rəhbəri Anar Məmmədovun arıçılıq təsərrüfatında olublar. Gənclərə arıçılıq sənətinin incəlikləri, arı pətəkləri, bal və digər arıçılıq məhsulları, bu məhsulların insan orqanizminə faydası barədə ətraflı məlumat verilib. Gənclər həm öyrənib, həm də səmərəli vaxt keçiriblər.
Layihə çərçivəsində müxtəlif sahələrdə çalışan və uğur qazanan təcrübəli mütəxəssislərlə, iş adamları və sahibkarlarla görüşlərin keçirilməsi, onların iş təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Gənclər belə görüşlər zamanı əldə etdikləri bilikləri öz gələcək karyeralarında tətbiq edə biləcəklər.