QƏBƏLƏNİN KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARI DÖVLƏT DƏSTƏYİNDƏN BƏHRƏLƏNMİŞLƏR
Qəbələ, 10 fevral (AZƏRTAC). Qəbələ Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncama uyğun olaraq, 2007-2008-ci illərdə rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına 3 milyon 187 min 555 manat yardım plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır.
Göstərilən dövlət yardımlarının nəticəsidir ki, son illər rayon iqtisadiyyatının əsasını təşkil edən taxılçılıqda xeyli irəliləyiş nəzərə çarpır. 2007-ci ildə Qəbələdə 18 min 513 hektar sahədən 36 min 671 ton taxıl biçildiyi halda, 2008-ci ildə fermerlər 20 min 317 hektar sahədən 48 min 790 ton məhsul götürmüşlər.
Torpaq mülkiyyətçiləri hazırda 2009-cu ilin məhsulu üçün 26 min 206 hektar sahədə becərmə işləri aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]