Qərbi Azərbaycan İcması Avstriya parlamentinin anti-Azərbaycan dalğasına qoşulmasını pisləyib
Bakı, 20 oktyabr, AZƏRTAC
Qərbi Azərbaycan İcması Avstriya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun başda Fransa olmaqla bəzi ölkələrin başladığı anti-Azərbaycan dalğasına qoşulmasını pisləyir.
AZƏRTAC xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında bildirilir: "Qarabağda kilsələrin qorunmasının vacibliyini vurğulayan Avstriya parlamentinin məsələlərə dini prizmadan yanaşması, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində və Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına toxunmaması utancverici, irqçi və islamofob yanaşmadır.
Avstriya parlamenti öz işi ilə məşğul olmalı, Azərbaycanın suveren ərazilərinə beynəlxalq təşkilatların girişi kimi düşük çağırışlarla ölkəmizin daxili işlərinə müdaxiləyə son qoymalıdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]