Qətər və BƏƏ diplomatik münasibətləri bərpa ediblər
Bakı, 19 iyun, AZƏRTAC
Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) diplomatik münasibətlərin bərpa olunduğunu elan ediblər. Hər iki ölkənin səfirlikləri və konsulluqları iyunun 19-dan fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qətərin xarici siyasət idarəsinin məlumatında deyilir.
“Əl-Ule şəhərində əldə edilən razılaşmaya əsasən, hər iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq, 2023-cü il iyunun 19-dan Qətərin Əbu-Dabi şəhərindəki səfirliyi və Dubaydakı konsulluğu, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dohadakı səfirliyi işə başlayacaq”, - deyə Qətər XİN-in tviter səhifəsində yayımlanan bəyanatında bildirilir.
Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir 2017-ci ilin yayında Qətərlə diplomatik münasibətləri kəsib. Onlar Dohanı terroru dəstəkləməkdə və özlərinin daxili işlərinə qarışmaqda ittiham edib. Nəticədə Qətərə qarşı iqtisadi sanksiyalar tətbiq olunub və ölkə nəqliyyat blokadasına məruz qalıb. 2021-ci ilin yanvarında həmin ölkələrlə Qətər arasında diplomatik əlaqələrin bərpası, nəqliyyat sanksiyalarının aradan qaldırılması barədə saziş imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
- 30.09.2026 [04:41]
Suriyada sursat anbarında partlayış baş verib
- 30.09.2026 [03:13]
Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
Qızıl və gümüş bahalaşıb
- [10:13]
Birjalarda neft bahalaşıb
- [10:08]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [21:10]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [20:54]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [20:52]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [20:37]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [20:27]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [20:22]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [20:00]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [19:34]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [19:13]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:53]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:51]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:45]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:43]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [18:30]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [18:13]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [18:04]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [18:01]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:57]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:48]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:43]