Qətərdə üç bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Qahirə, 29 may, AZƏRTAC
Azərbaycan səfirliyinin təşəbbüsü ilə Qətərin paytaxtı Dohada yerləşən üç bina 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “Sheraton Grand Doha” və “Century Marina” hotelləri, eləcə də “Hospital Doha” binaları üçrəngli bayrağımızın rənglərinə boyanıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə