QİƏT PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ İCLASI KİŞİNYOVDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QİƏT PA) növbəti iclası noyabrın 3-dən 5-dək Moldovanın paytaxtı Kişinyovda keçiriləcəkdir.
QİƏT PA sədrinin müavini, Azərbaycan Milli Məclisinin elm və təhsil məsələləri daimi komissiyasının üzvü Asəf Hacıyev bildirmişdir ki, sentyabrda Bakıda Assambleyanın iqtisadi, oktyabrda Belqradda siyasi, bundan bir qədər sonra isə Ukraynada mədəniyyət komitələrinin iclasları keçiriləcəkdir.
Bu iclaslarda qəbul olunacaq qərar və tövsiyələr təsdiqlənmək üçün Assambleyanın Kişinyovda keçiriləcək iclasının gündəliyinə salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]