Qırğızıstanda Ümummilli Lider haqqında inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq
Bakı, 3 may, AZƏRTAC
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
AZƏRTAC “Veçerni Bişkek” qəzetinə istinadla xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar aprel ayında Azərbaycanın Qırğızıstandakı səfirliyi tərəfindən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada “Mən Azərbaycan və Heydər Əliyev haqqında nə bilirəm?” mövzusunda ən yaxşı inşa yazısı üçün müsabiqə elan olunub.
Məktəblilərin yazılarını səlahiyyətli münsifləri heyəti dəyərləndirib. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Bu, məktəbə Heydər Əliyevin adı verildikdən sonra ilk müsabiqədir. Buna görə də birinci yeri tutan inşa yazısı məktəbin muzeyində saxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:30]
Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk
- 05.10.2026 [11:14]
Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm
- 05.10.2026 [11:04]
Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]