SİYASƏT
Qızılbaş Qlobal İrs Təşkilatının neçə üzvü var?
![Qızılbaş Qlobal İrs Təşkilatının neçə üzvü var?](/files/2023/3/1200x630/1701070636364817838_1200x630.jpg)
Bakı, 27 noyabr, AZƏRTAC
Qızılbaşın yaşadığı hər ölkədə bir Azərbaycan yaşayır. Qızılbaşlar yaşadıqları ölkələrdə Vətəni layiqincə təbliğ etmək üçün səylərini əsirgəmirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qızılbaş Qlobal İrs Təşkilatının (QQİT) sədri Babək Hüseynli noyabrın 27-də keçirilən “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfransda səsləndirib.
O, rəhbərlik etdiyi təşkilatın 3500-dən çox üzvü olduğunu və bu rəqəmin getdikcə böyüdüyünü diqqətə çatdırıb. Bildirilib ki, Avrasiya, Yaxın Şərq, Cənubi Asiya və Cənub-Şərqi Avropa regionlarından olan və 20-dən çox ölkəni təmsil edən qızılbaşlar icma kimi fəaliyyət göstərir.