Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal güclərin Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsi: regionu narahat edən amillər – ŞƏRH

Qlobal güclərin Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsi:  regionu narahat edən amillər – ŞƏRH

Bakı, 12 sentyabr, AZƏRTAC

Vətən müharibəsinə qədər 30 il işğal altında qalmış Azərbaycanın əraziləri nəzarətsiz zona olduğu üçün kənar güclər və dairələr tərəfindən tam miqyasda istismar edilirdi. Bəzi ölkələr Azərbaycanın işğal altındakı torpaqlarından Cənubi Qafqazda Avropadan Asiya istiqamətinə daşımalar üçün geniş faydalanıb. 2021-ci ilin noyabrında Ermənistanın şərti dövlət sərhədində törətdiyi hərbi təxribatdan sonra iki ölkənin danışıqları Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli müzakirələrdən kənara çıxdı və proseslərə Avropa İttifaqı da cəlb olundu. Məhz noyabr hadisələrindən sonra 2022-ci il fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Avropa İttifaqının sədrliyi qismində Prezident İlham Əliyevin, baş nazir Nikol Paşinyanın, Prezident Emmanuel Makronun və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin videoformatda dördtərəfli görüşü keçirildi. Daha sonra aprel ayında “Brüssel formatı” adlandırdığımız çərçivədə ilk görüş baş tutdu. Amma məsələ ondadır ki, əslində, Avropa İttifaqı proseslərə daha öncədən cəlb olunub. 44 günlük Vətən müharibəsi Azərbaycan ərazisində getməsinə baxmayaraq, Aİ-nin Ermənistanın “dağılmış infrastrukturların bərpası” adı altında bu ölkəyə 2,6 milyard avro maliyyə vəsaiti ayırdığı məlumdur. Sonrakı mərhələlərdə - 2022-ci il oktyabrın 17-də Avropa İttifaqı regionda vəziyyətin monitorinqi, təhlili üçün Azərbaycanla sərhədin Ermənistan tərəfində monitorinq məqsədilə 40-a yaxın ekspertin göndərilməsi barədə qərar qəbul edib. Aİ 2023-cü ilin yanvarında isə bu missiyanı yeniləyərək yarısı silahlı olmaqla, 100 nəfərlik şəxsi heyət göndərdi. Bununla da Avropa İttifaqının Cənubi Qafqaza girməsi və onun regionda maraqlarının təmsil olunması üçün şərait yarandı.

Bu, əslində, Ermənistana yeni yolların çəkilməsi üçün maliyyənin ayrılması kimi təqdim olunsa da, Aİ-nin rəsmi İrəvan vasitəsilə Cənubi Qafqaza yerləşməsi üçün verilmiş imkan idi. Beləliklə, Ermənistan təxribatlar həyata keçirərək Aİ-nin Cənubi Qafqaz regionunda yerləşməsi üçün şərait yaratdı. Avropa İttifaqı isə bunu regionda, İranla qonşuluqda nüfuzunun genişlənməsi üçün fürsət kimi dəyərləndirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloq deyib: “Ermənistanın ərazisində Rusiyanın hərbi bazası, Aİ-nin yarısı silahlı olan 100 nəfərlik missiyası və regional tərəfdaşı İranla müəyyən aktivləri mövcuddur. Paralel olaraq, Ermənistanla Yunanıstan arasında 2023-cü il üçün hərbi təlimlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu təlimlərin taktiki tapşırıqları təkcə Ermənistanın və Yunanıstanın ərazilərini deyil, həm də regionlararası aktivləri nəzərdə tutur. Proqrama hərbi əməliyyatlar üzrə təlimlər, xüsusi təyinatlı qüvvələrin birgə təlimi, o cümlədən zenit raket sistemlərinin istifadəsi üzrə kadr və təcrübə mübadiləsi də daxildir.

Yunanıstanın NATO üzvü olaraq ciddi silahlara sahib olması və ABŞ tərəfindən regionda açar ölkə hesab edilməsi hər kəsə məlumdur.

Ermənistan rəhbərliyi son iki ildə hesab edir ki, əgər Yunanıstan ölkə daxilində hərbi təlimlər keçirərsə, İranla müəyyən aktivləri olmasına baxmayaraq, Azərbaycan ərazisində rahatlıqla təxribatlar törədə bilər və tərəfdaşları da bu məsələlərdə onu dəstəkləyəcək.

Ermənistan parlamentində hazırda Avropa İttifaqının ölkədəki mülki missiyası ilə bağlı hüquqi əsasları nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Ötən ilin oktyabrında Ermənistana göndərilmiş birinci missiya Avropa Parlamentinin qərarı əsasında fəaliyyət göstərib. İndi isə Avropa İttifaqı ilə Ermənistan arasında hərbi müqavilə sazişi nəzərdə tutulur. Yəni, bu, yalnız mülki missiyanı deyil, həm də genişləndirilmiş hərbi missiyanı özündə ehtiva edir. Bu sənədin imzalanması bölgədə dövri olaraq hərbiləşdirilmiş missiyanın yerləşdirilməsi üçün hüquqi baza yaradır.

Y.Hacıyeva diqqətə çatdırıb ki, ABŞ-ın gömrük təhlükəsizliyi xidmətlərindən bir neçə nümayəndə heyəti keçən il və bu il Ermənistanda səfərdə olub. Onların fəaliyyət prinsiplərindən biri də sərhəddə gömrük təhlükəsizliyinin əsasını texniki və digər vasitələrlə formalaşdırmaqdır. Amma bunlar, necə adlandırılmasından asılı olmayaraq, hərbi təyinatlı təşəbbüslərdir. Keçən həftə isə Ermənistanın ABŞ-la hərbi təlimlər keçirməsi haqqında məlumatlar tirajlandı. Eyni zamanda, bu ölkədə Kanadadan olan hərbçilər və polis qrupları da yerləşdirilib.

Cənubi Qafqazda Rusiyanın forpostu olan Ermənistan indi rəsmi Moskvanın nəzarətindən çıxaraq müxtəlif sazişlər adı altında Qərb hərbi təsisatlarını ölkəyə gətirməklə işğalçı niyyətini həyata keçirməyə cəhdlər göstərir. Rəsmi İrəvanın əsas məqsədi Qərbi Ermənistanın işğalçılıq siyasətinə alət etməkdir.

Ümumiyyətlə, Ermənistan qlobal konfrontasiyada olan güclərin hərbi mövcudluğunu ölkədə yerləşdirməklə özü, ümumilikdə isə region üçün ciddi təhlükələr və risklər yaradır. Heç kimə sirr deyil ki, Ukraynadakı müharibədən sonra Qərb üçün prioritet məhz İranla bağlı məsələlər olacaq. Bölgəni təhlükəyə atmaq, yaxud da Cənubi Qafqazı regiondan kənar qüvvələr üçün nüfuz bölüşdürülməsi üçün poliqona çevirmək İranın da maraqlarına cavab vermir. Qlobal cəbhələşmədə olan güclərin Ermənistan vasitəsilə Cənubi Qafqaza yerləşməsi, İranla qonşuluqda regionda bazalar formalaşdırması rəsmi Tehranı narahat etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO