Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qobustan dünyası” jurnalının və “Qavaldaş” animasiya filminin təqdimatı olub

Bakı, 18 fevral, Məmməd Məmmədli, AZƏRTAC

Fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının, rəsmi saytının və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” animasiya filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, jurnalın ilk buraxılışı Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq alim İshaq Cəfərzadənin xatirəsinə ithaf olunub.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev xalqın formalaşmasında mədəniyyətin vacib amil olduğunu vurğulayıb: “Mədəniyyət bir millətin kimliyidir. Mədəniyyət xalqın həyatında, onun gündəlik davranışlarında təzahür olunur. Mədəniyyət inkişaf edərsə bütövlükdə ölkə inkişaf edər. Qobustan tək Azərbaycan üçün deyil, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır. Çünki Qobustan Azərbaycanla yanaşı bütün dünya xalqlarının tarixini əks etdirir, bir növ onun tərkib hissəsi, elementi kimi götürülür. Qobustan qayaüstü rəsmlər onu göstərir ki, insan ilk dəfə gördüyünü rəsm vasitəsilə əks etdirməyə çalışıb. İnsan bunu yaddaşını qorumaq üçün edib. Bu tarix musiqi, rəqs və mədəniyyətin digər sahələri ilə yanaşı, indi də rəqəmsal vasitələrlə gələcək nəsillərə ötürülür. Qobustan yalnız yaşayış məkanı deyil, eləcə də ayinlərin keçirildiyi bir yer olub. O, böyük bir mədəniyyəti əks etdirir”.

Qobustanın tarixi haqqında qısa məlumat verən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib ki, qoruğun ilk tədqiqatçısı, arxeoloq və etnoqraf, tarix elmlər namizədi İshaq Cəfərzadə 1939-cu ildən Qobustan qoruğunun tədqiqinə böyük əmək sərf edib. O, 1939-1950-ci illərdə Abşeron, Səbail, Qobustan və digər arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. O, vəfat etdikdən bu işi alim Cəfərqulu Rüstəmov və həyat yoldaşı tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova davam etdirib. 1966-cı ildə Qobustan qoruğu SSRİ nazirlər sovetinin qərarına əsasən Qobustan Dövlət Tarix Qoruğu statusunu alıb. 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi nəticəsində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bundan sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən qoruq milli status alıb. Daha sonra 2011-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni inzibati binası tikilib. Bu bina qoruğun zəngin fondu sayəsində 2013-cü ildə Avropanın ən yaxşı 10 muzeylərinin sırasına daxil edilib. Qoruq 2019-cu ildə ICESCO-nun İslam İrsi Siyahısına daxil edilib.

Qoruğun fəaliyyət istiqamətlərindən danışan Vüqar İsayev bildirib ki, birinci istiqamət bu tarixi məkanı gələcək nəsillər üçün qorumaq, ikincisi qoruqda elmi tədqiqat işlərini davam etdirmək, üçüncü istiqamət isə qoruğu təbliğ etməkdir. Qeyd edib ki, çox zaman turistlər bələdçilərə sual verərkən məlum olur ki, onlar Qobustana gəlməzdən öncə hazırlaşırlar, çünki onların verdiyi suallar adi suallar olmur. Bu onu göstərir ki, dünyada Qobustana maraq olduqca böyükdür.

Bildirib ki, Qobustan abidələrinin, ümumilikdə Azərbaycan mədəniyyətinin və incəsənətinin ölkə və beynəlxalq səviyyədə layiqincə təbliğ olunması Qobustan Milli Tarix-Bədii Qoruğunun ən vacib fəaliyyət istiqamətlərindən biridir. Qobustan Milli Tarix- Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası” elmi- metodiki, populyar jurnalı, jurnalın rəsmi saytı və qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi təbliğat sahəsində görülmüş işlərin bir qismidir. Jurnal satış üçün deyil təbliğat məqsədilə yaradılıb. Jurnalın internet üzərindən yayımlanması isə onu hamı üçün əlçatan edir.

“Qavaldaş” animasiya filmi barədə danışan Vüqar İsayev bildirib ki, filmin bir hissəsi ABŞ, bir hissəsi Türkiyədə çəkilib, montaj hissəsi isə Azərbaycanda tamamlanıb. Animasiyada uşaqlar Qobustanla bağlı öz fikirlərini bölüşüblər. Yaxın zamanlarda filmin rus və ingilis dillərinə dublyaj etdirilməsi də nəzərdə tutulub. Hazırda filmi Qobustan Milli Tarix-Bədii Qoruğunun yutub kanalında izləmək olar.

“İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova jurnalın ilk buraxılışı münasibətilə qoruq işçilərini təbrik edib. Bildirib ki, müasir dünyada jurnal hələ də bizim üçün ən dəyərli hədiyyədir. O, həmçinin animasiya filminin böyük zövqlə çəkildiyini deyib və filmi seyr edən uşaqların yaddaşında özəl xatirə kimi qalacağını vurğulayıb. O, Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib və yeni-yeni layihələrin işıq üzü görməsini arzulayıb.

Tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradova deyib: “Çox şadam ki, bu gün Qobustanla bağlı bu qədər qonağım var. İstəyirəm burada iştirak edənlər Qobustanı öz evi saysın. İshaq Cəfərzadənin dediyi kimi Qobustanı tanımaq üçün onu canlı izləmək lazımdır. Qobustanla dünyanın hər yerində maraqlanırlar. Buna görə çox sevinirəm ki, xarici alimlər bizimlə əlaqə saxlayır və Qobustan haqqında məqalələrlə çıxış edirlər. Qazıntılar yolu ilə Qobustanın tarixi öyrənilir, bu abidənin kimə mənsub olduğu, bu günə qədər qaranlıq qalan, heç kimə məlum olmayan məsələlərə aydınlıq gətirilir”.

Qobustanla bağlı 60 ildir tədqiqatlar aparan və bu qədim məkanı bütün dünyaya olduğu kimi təqdim edən Füruzə Muradova onunla işləyən bütün əməkdaşlara minnətdarlığını bildirib və hamını Qobustan qoruğunu ziyarət etməyə çağırıb.

Sonda “Qavaldaş” animasiya filmi nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Medvedev: Zaporojye Atom Elektrik Stansiyasının dağıdılması halında simmetrik zərbə endirilə bilər

Sabah Moskvada gözlənilən hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

Media: “Hizbullah” İsrailin şimalına hava zərbələri endirib

FHN Şərurda bir nəfəri sel təhlükəsindən xilas edib

Volfqanq Kubitski Almaniyanın Azad Demokratlar Partiyasının sədri seçilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

Berlində fəaliyyət göstərən türk icmasının üzvləri Qurban bayramını birlikdə qeyd ediblər

Qazaxıstanda dəmir yolunda baqajın rəqəmsal rəsmiləşdirilməsi sistemi sınaqdan keçirilir

Naxçıvanda “Şam işığında retro” adlı gecə

Qazaxıstanın Kostanay şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa

Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır

Son 10 ildə ölkəmizdə gülçülük yenidən inkişaf etməyə başlayıb - RƏY

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır

Tallində Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci, Azərbaycan icmasının 38-ci ildönümü qeyd olunub

Prezidentin Qarabağa səfəri “Böyük Qayıdış” Proqramının uğurla davam etdirildiyini göstərir - ekspert rəyi

Birinci Qax Kitab Sərgisi başlayıb

Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə

Assosiasiya sədri: Meyvə-tərəvəz və istixana sektorunun inkişafı ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir VİDEO

“Kəpəz” baş məşqçisi ilə yollarını ayırıb

“Liverpul”un baş məşqçisi istefaya göndərilib

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

Çempionlar Liqasının finalı öncəsi Budapeştdə bir neçə insident qeydə alınıb

Azərbaycan atleti Avropanın Kiçik Ölkələrinin Çempionatında bürünc medal qazanıb

Premyer Liqa klubu ukraynalı futbolçu ilə yollarını ayırıb

Bu gün Qarabağ və Şərqi Zəngəzur şəhərsalmanın müasir, təkmil təcrübəsinin dünyaya təqdimatı ilə diqqətdədir - ŞƏRH

Ərik diyarı Samux festival ab-havasına bürünəcək

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

“Şadam ki, nəvələrim bu yerlərdə böyüyəcək” – Böyük Qaladərəsi kəndindən reportaj VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

Münxen aeroportu dron təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb

Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

ETX məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb VİDEO

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

Gürcüstanda QHT rəhbəri casusluq ittihamı ilə həbs edilib

Bu saata olan əsas xəbərlər

Azərbaycan neftinin qiyməti 98 dollar olub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Rusiya Ermənistandakı səfirini geri çağırıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını 5 qələbə ilə başa vurub

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Qəbələ və Oğuz rayonlarında təbii fəlakətin fəsadları aradan qaldırılır

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur VİDEO

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Pit Heqset: ABŞ bir sıra silah növlərinin istehsalını artıracaq

Litvanın müdafiə naziri Belarusdan gələn hava şarlarını ölkəsi üçün təhlükə adlandırıb

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

Sındırqıda yenidən zəlzələ olub

Ağ Ev: Prezident Tramp ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək

Dünyanın ən böyük qızıl ehtiyatına malik ölkələr – SİYAHI

Böyük Britaniyanın hərbi təyyarələri Rumıniya səmasında

İsrail ordusunun Livana son hücumları nəticəsində 11 nəfər həlak olub

İran yığması FIFA-dan cavab gözləyir

Kaluqa və Tambov hava limanlarında məhdudiyyətlər tətbiq olunub

Rubio: ABŞ Türkmənistanın təbii qaz ixracının Trans-Xəzər marşrutları vasitəsilə şaxələndirilməsinə dəstək verir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

Türkiyənin bir neçə əyalətində sel, torpaq sürüşmələri baş verib

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar VİDEO

Bakıda və Abşeron yarımadasında dolu yağması ehtimal edilir

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib

2026–2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir - ŞƏRH

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO