Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qobustan: iqtisadiyyat güclənir, sosial məsələlər uğurlu həllini tapır

Qobustan, 21 aprel (AZƏRTAC). Qobustan Rayon İcra Hakimiyyətində 2012-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, rübün yekunları ilə bağlı hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır. Əsas diqqət Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin aprelin 16-da keçirilən 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasının yekunlarına, iclasda dövlətimizin başçısının nitqində irəli sürülən müddəalara cəlb yönəldilmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artaraq 18 milyon 171,8 min manat olmuşdur. Bu artım sənayedə 55,9 faiz, kənd təsərrüfatında 7 faiz, ticarətdə 3,9 dəfə, nəqliyyatda 8,4 faiz təşkil etmişdir. Bu dövrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 16,6 faiz artmışdır. Rayon üzrə əhalinin orta aylıq əmək haqqı 18,2 faiz artaraq 254,6 manata çatmışdır. Reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər nəticəsində ilin birinci rübündə 393 yeni iş yeri açılmışdır ki, bundan da 82-si daimidir.

Bildirilmişdir ki, aqrar sahə rayon iqtisadiyyatında aparıcı yer tutur. Ənənəvi sahə olan heyvandarlıqda dinamik inkişaf davam etməkdədir. Birinci rübdə diri çəkidə ət istehsalı 1,1 faiz, süd 1,2 faiz, yumurta isə 1,1 faiz artmışdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 74 baş qaramal süni mayalandırılmış, 29 baş cins bala alınmışdır. Rayonda quşçuluğun inkişafı üçün ciddi tədbirlər həyata keçirilir. Hazırda 105 min başlıq quşçuluq müəssisəsinin tikintisi tamamlanmaq üzrədir.

Hesabat dövründə 1445 hektar sahədə yazlıq bitkiləri əkilmişdir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz çoxdur. Hazırda əkin sahələrinə aqrotexniki qulluq göstərilir.

Aqrar sahənin inkişafında mühüm rol oynayan, fermerlərin yaxın köməkçisinə çevrilən “Aqrolizinq” ASC Qobustan filialının maddi-texniki bazasının möhkəmləndirilməsi, fəaliyyətinin yaxşılaşdırılması məqsədilə Təklə kəndində inzibati idarə binası, anbar və talvarlardan ibarət mərkəzin inşasına başlanılmışdır.

Qeyd olunmuşdur ki, rayonda sahibkarlığın inkişafına qayğı diqqət mərkəzindədir. 2012-ci ilin birinci rübündə sahibkarlara 6 layihə üzrə 69 min manat kredit verilmişdir.

Yığıncaqda rayonda həyata keçirilən geniş tikinti-quruculuq işlərindən ətraflı danışılmışdır. Göstərilmişdir ki, hazırda rayon mərkəzində idman kompleksinin, gənclər evinin, statistika idarəsi üçün inzibati binanın, Cəmcəmli kəndində 120 şagird yerlik, Göydərə kəndində 80 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Qobustan şəhərindəki 3 nömrəli uşaq bağçasının əsaslı təmiri başa çatır.

Hazırda “Acıdərə” adlanan ərazidə XX əsrin əvvəllərində erməni daşnaklarına qarşı mübarizədə şəhid olmuş qəhrəman türk zabitinin şərəfinə salınmış abidə kompleksinin və parkın inşası başa çatmaq üzrədir.

Hesabat yığıncağında əhalinin təbii qaz, elektrik enerjisi ilə təminatı, su təchizatı sahələrində görülmüş işlərdən, reallaşdırılan layihələrdən, bu sahələrdə həlli vacib məsələlərdən də geniş bəhs olunmuşdur. Qeyd edilmişdir ki, Qobustan şəhərinin sakinlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1380 metr qaz xətti dəyişdirilmişdir. Şəhərin “Yeni massiv” adlanan ərazisinin və Xilmilli kəndinin qazlaşdırılması üçün müvafiq tədbirlər görülür. Yaxın aylarda Bədəlli, Şıxzahırlı, Sədəfli, Poladlı, Yekəxana və Təsi kəndlərinin qazlaşdırılması məqsədilə işlərə başlanılacaqdır.

Hazırda Qobustan şəhər əhalisinin qismən, Bədəlli və Təsi kəndləri isə tam şəkildə içməli su ilə təmin olunur. Yığıncaqda rayon mərkəzinin və 7 kəndin su təchizatını tamamilə həll edəcək kəmərin çəkilişinin sürətləndirilməsi ilə əlaqədar məsələlər barədə ətraflı müzakirələr aparılmış, lazımı tapşırıqlar verilmişdir.

Hesabat yığıncağında regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən ətraflı bəhs olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev hesabat yığıncağında çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, habelə ölkə rəhbərinin tapşırıqlarından irəli gələn vəzifələrlə əlaqədar regionlarda, o cümlədən Qobustanda görüləcək təxirəsalınmaz vəzifələrdən danışmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı