Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qorxmaz İbrahimli: Azərbaycan COP28-də qurulmuş pavilyonu vasitəsilə lazımi hədəflərə nail olacaq

Qorxmaz İbrahimli: Azərbaycan COP28-də qurulmuş pavilyonu vasitəsilə lazımi hədəflərə nail olacaq

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran prioritet məsələlərdən biri də uzun illər ərzində ekologiyaya vurulmuş ziyanı aradan qaldırmaq oldu. Zəngin karbohidrat ehtiyatlarına malik torpaqlarımızda və Xəzər dənizində heç bir ekoloji qaydalar qorunmadan istismar olunan neft-qaz sayəsində torpaq, hava və dəniz çox kəskin şəkildə çirklənmişdi.

Xüsusən 1995-ci ildə - Əsrin Müqaviləsi imzalandıqdan sonra dövlətimiz beynəlxalq tərəfdaşlarını da cəlb edərək, çirklənmiş torpaqların təmizlənməsinə böyük yatırımlar etdi. Ölkəmiz hər nə qədər zəngin neft-qaz ehtiyatlarına malik olsa da bunun tükənən ehtiyat olduğu və qloballaşan dünyada iqlim dəyişiklərinin qarşısının alınması, iqlim dəyişikliklərinin zəiflədilməsi ilə bağlı bütün beynəlxalq saziş və protokollara qoşuldu və demək olar hamısını ratifikasiya etdi.

Bunu AZƏRTAC-a müsahibəsində “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

Q.İbrahimlinin sözlərinə görə, zəngin karbohidrat ehtiyatlarına malik olmağımıza rəğmən dövlətimiz qlobal istiləşmədə xüsusi çəkisi olan karbon emissiyasının azaldılmasında alternativ enerjinin istifadə olunmasının vacibliyini xüsusi dəyərləndirdi. Alternativ enerjinin tək istifadəçisi olmaq yox, həm də əhəmiyyətli satıcısına çevrilmək üçün lazım olan bütün tədbirlər həyata keçirilib. 2030, 2050-ci illərə qədər bəlli hədəflərə çataraq böyük həcmdə Günəş, külək və hidroelektrik istehsal edilərək dünya bazarına ixrac etmək üçün böyük yatırımlar edilir.

“Uzun müddət işğal atında olan torpaqlarımız azad edildikdən sonra çox böyük ekoloji terrorun da üstü açıldı. İllərdir formalaşmış erməni lobbisi və diasporunun dünyada tüğyan edən yalanlarına qarşı Azərbaycan dövləti və onun Prezidenti 44 günlük Vətən savaşından sonra inanılmaz işlər gördü. Şuşa şəhərində keçirilən beynəlxalq tədbirlər, işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin səfərləri, BMT missiyasının əraziyə baxış üçün gətirilməsinin təşkili böyük diplomatik uğurlardır. Ekoloji terrorun miqyasını dünyaya tanıdan dövlətimiz bununla kifayətlənmədi. Birinci növbədə ekoloji terrorun nəticələrinin tədricən ortadan qaldırılmasına başlanıldı.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında alternativ, ekoloji təmiz enerjinin istehsalı və gələcəkdə dünya bazarına çıxarılması üçün müxtəlif yerli və xarici şirkətlərin cəlb olunması ilə yeni layihələrə start verildi. Özəlliklə xarici investisiyanın həmin iqtisadi zonalarımıza cəlb olunması həm xarici sərmayənin istifadəsi baxımından, həm də illər ərzində vurulmuş ekoloji ziyanın həcminin təbliği baxımından faydalıdır”, - deyə Q.İbrahimli deyib.

Bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in işə başladığını xatırladan təşkilat sədri böyük nümayəndə heyəti ilə təmsil olunan ölkəmizin orada fürsətin doğru dəyərləndirilməsi, həm iqtisadi, həm ekoloji, həm də diplomatik baxımdan gərəkli işlərin görülə bilməsi üçün qurulmuş geniş pavilyon vasitəsilə lazımi hədəflərə nail olacağını diqqətə çatdırıb. Qeyd olunub ki, alternativ, yaşıl, bərpa olunan enerjinin istehsalı, ixracatı istiqamətində xarici partnyorlarla görülmüş, görülməkdə olan və görüləcək işlər həm də virtual şəkildə iştirakçı ölkələrə və nümayəndə heyətlərinə çatdırılacaq”.

Xatırladaq ki, Dubayda keçiriləcək tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 60 mindən çox nümayəndənin qatılacağı gözlənilir. Azərbaycanın genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Azərbaycan ilk dəfə həmin tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunacaq. 254 kvadratmetrlik ərazidə qurulmuş pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı müxtəlif yerli, regional və beynəlxalq təşkilatlar ilə birgə paralel görüş (side event) və seminarlarının keçirilməsi də planlaşdırılır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Smartfonlarda süni intellekt dövrü: Ənənəvi tətbiqlər tarixə çevrilir

Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib

Yaponiya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Bəşəriyyət tarixində ən böyük vulkan püskürməsinin izləri tapılıb

Avstraliyada evsiz-eşiksizlərə istidə sərinlənmək üçün mobil mərkəzlər quraşdırılacaq

Saxta məhsulların satışı Macarıstan iqtisadiyyatına 189 milyon avro ziyan vurub

Zambiyada quraqlıqla bağlı milli fəlakət rejimi elan olunub

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana işgüzar səfərə gəlib

Nəqliyyat Nazirliyi: Türkiyənin yükdaşımalarında dəmir yolunun payı 22 faizə çatacaq

Havanın çirklənməsi dünyada yarım milyon körpənin ölümünə səbəb olur

Banqladeşdə restoranda baş verən yanğında 43 nəfər ölüb

İtaliyada əlverişsiz havaya görə 17 bölgədə xəbərdarlıq elan edilib

Bloomberg: Bayden G7-nin sammitinədək Rusiya aktivlərindən istifadə planının hazırlanmasını istəyir

İsrail Livanla sərhədə tanklar və zirehli transportyorlar yerləşdirib

Naxçıvan məktəbləri ilk dəfə pilot qrant proqramına qoşulub

Türkiyə Kuboku: “Fatih Karagümrük” “Qalatasaray”a qalib gələrək yarımfinala yüksəlib

Pentaqon: Ukrayna məğlub olarsa, Rusiya dayanmayacaq

Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

“Məna kəsb etmir?!” adlı sərgi layihəsi təqdim edilib

Şimali Makedoniya Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib

ABŞ ictimaiyyəti Qarabağ regionunun yenidən qurulması barədə məlumatlandırılıb

MDB-də müalicə və profilaktika sahəsində baza təşkilatı yaradılacaq

Ərdoğan: Fransa terrorizmi ən fəal dəstəkləyən ölkədir

Gənc qiraətçilər “Canlı klassika” beynəlxalq müsabiqəsində çıxış ediblər

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası olub

Dövlət Film Fondunda Şamil Mahmudbəyovun 100 illiyinə həsr edilən tədbir keçirilib

HONOR-dan süni intellekt inqilabı: MWC 2024-də yeni məhsulların qlobal tanıtımı

Bakıdakı Rus evində azərbaycanlı blogerin ustad dərsləri keçirilib

AYNA: 134 nömrəli marşrut xəttinin istismarı dayandırılır

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Niderland mediası Xocalı həqiqətlərindən yazıb

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb

Anar İsgəndərov: İstintaqlar göstərdi ki, Sumqayıt hadisələrinin təşkilatçıları və günahkarları elə ermənilərin özləridir

Aİ investisiyalarının prioritetləşdirilməsi üçün yaradılan İşçi Qrupun ikinci iclası keçirilib

Pol Poqba dörd illik futboldan uzaqlaşdırılıb

Devid Bekhem: Dünyada “Barselona”nı Messi qədər sevən futbolçu yoxdur

Azərbaycan Səudiyyə Ərəbistanı şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılmasını müzakirə edib

Azərbaycan və BƏƏ-nin mərkəzi bankları arasında əməkdaşlıq müzakirə olunub

“Bakı Metropoliteni”nin “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransı keçirilib

ABŞ Dövlət Departamentinin nümayəndəsi Səngəçal terminalında olub

VI Beynəlxalq Uşaq Rəsm müsabiqəsində 1200-dən çox uşaq iştirak edib

Ombudsmanın 2023-cü il üzrə məruzəsi parlamentin plenar iclasına tövsiyə olunub

İraq Respublikasının sabiq Baş naziri, İslami Dəvət Partiyasının baş katibi Nuri Kamal Əl-Malikidən

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Sumqayıt hadisəsi: tarix olduğu kimi

Sumqayıt hadisələrində iştirak etmiş qaraplaşlılar - onlar kimlər idi? - Müsahibə

ATU-nun rektoru universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib

Formula 1 üzrə Bəhreyn Qran-Prisində mövsümə start verilib

“Air France-KLM” 2023-cü ilin IV rübündə xalis zərər müəyyən edib

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Builki Formula 1 mövsümü daha zəngin olacaq

Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı cari vəziyyət müzakirə edilib

Gürcüstanda yaşayan soydaşımız mükafatlandırılıb

Araşdırma: COVID-19 insanların intellekt səviyyəsini aşağı salır

İqlim dəyişikliyinə uyğunlaşmanın əsas yollarından biri təbii resurslardan səmərəli istifadə edilməsidir - AÇIQLAMA

“Neftçi” – “Qarabağ” oyununun hakimləri bəlli olub

Azərbaycanın qadın hakimləri Avropa çempionatının oyunlarını idarə edəcəklər

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Nəqliyyat işçilərinin tətili Berlində hərəkəti iflic edib

Rusiya İranın “Pars 1” peykini kosmosa göndərib

Mədəniyyət və İncəsənət Universitetində “Sazlı-sözlü kəlağayı günləri”

BDU-da “Enterprise Azerbaijan” portalının “Startup School 2” layihəsinin təqdimatı keçirilib

® “AccessBank” QSC “UbuntuPro” üzrə tender elan edir

XİN Berlində Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə aparılan danışıqlar barədə məlumat yayıb

Elm və təhsil naziri: Rus bölmələrində Azərbaycan dilinin tədrisi keyfiyyətini artırmaq əsas prioritetlərdən biridir

Nazir Naxçıvan Universitetinin bağlanması ilə əlaqədar oradakı tələbələrin təhsili məsələsinə aydınlıq gətirib

Azərbaycan ilə Almaniya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub

Emin Əmrullayev: Rus bölməsində müəllim çatışmazlığını yaşayırıq

Emin Əmrullayev: Bu il universitetlərdə ilk dəfə müəllimlik ixtisası üzrə proqram akkreditasiyası keçiriləcək

Yeni Azərbaycan Partiyası nümayəndə heyəti Türkiyədə səfərdədir

Hidayət Məmmədov: Bakı metrosunda gediş haqları artırılmayacaq

XİN: Avropa Parlamentinin hesabatı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir

Yevlaxda MİDA tərəfindən yaşayış kompleksinin tikintisinə başlanılıb

“Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda məktəblilərlə maarifləndirici görüş keçirilib

Alen Simonyan: İrəvan KTMT-dən çıxmaq barədə qərar verməyib

AzMİU-nun müəllim və tələbələri xüsusi riskli ərazilərə baxış keçiriblər

Köçü planlaşdırılan sakinlərə məşğulluq tədbirləri ilə bağlı məlumat verilib

Elm və təhsil naziri: Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb ixtisasının tədrisi də planlaşdırılır

Sədr müavini: "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işləri aparılacaq

Nazir: Türkiyə-Azərbaycan Universitetinə ayrılacaq bina haqqında yaxın bir həftə ərzində məlumat veriləcək

Bakı Musiqi Akademiyasında Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetində ilkin olaraq əsasən Azərbaycan vətəndaşlarının təhsil alması nəzərdə tutulur

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib

Bakı Musiqi Akademiyasında “Nəsillərin birliyi” adlı konsert olub

Nazir: Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına qəbul sabahdan başlanır

® “Silk Way West Airlines” yenilənmiş IOSA sertifikatı ilə ən yüksək hava yükdaşıma təhlükəsizliyi standartlarını qoruyur

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək

Azərbaycanda rus dilində illik respublika olimpiadasının ikinci mərhələsi keçirilir

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Kolumbiya oktyabrda qlobal biomüxtəliflik sammitinə ev sahibliyi edəcək

Azərbaycan oftalmoloqları Asiya-Sakit Okean Oftalmologiya Akademiyasının konqresində iştirak edib

Emin Əmrullayev: Türkiyə-Azərbaycan Universitetinə ilkin qəbul planı 100 nəfər nəzərdə tutulsa da, bu say hər il artırılacaq VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “AzerGold” arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Kilan Lebon: “Qarabağ”a qarşı gözəl oyunla qalib gəlməyə çalışacağıq

Yaponiya Fukuşima AES-dən suyun okeana axıdılmasının növbəti mərhələsinə başlayır

PUA bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə ADA Universitetinin töhfəsi

Nazir: Qarabağ Universitetində çalışacaq müəllimlərin əməkhaqları nisbətən yüksək olacaq VİDEO