Quba sakinlərinə ucuz qiymətə bayram bazarlığı etmək imkanı yaradılıb VİDEO
Quba, 29 dekabr, Elxan Yusifli, AZƏRTAC
Yeni il bayramı ərəfəsində Quba sakinləri üçün bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 29-da Quba şəhərində bayram satış-yarmarkası açılıb.
Yarmarkada rayonun 31 inzibati ərazi vahidliyindən satışa müxtəlif növdə məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif olunur.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram satış-yarmarkası dekabrın 31-dək davam edəcək.