Qubada 18 santimetr qar, mənfi 14 dərəcə şaxta qeydə alınıb
Quba, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsində ən çox qar Qubanın rayon mərkəzinə yağıb. Burada qarın hündürlüyü 18 santimetrə çatır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şimal rayonlarında ən aşağı temperatur (-14 dərəcə) Qubanın Qırız kəndində qeydə alınıb. Qırız kəndində 7, Xaltan və Xınalıqda isə 12 santimetr qar var.
Qusarın rayon mərkəzində 8, Ləzədə 15, Xızı rayonunun Altıağac qəsəbəsində 10 santimetr hündürlüyündə qar qeydə alınıb. Şabran və Xaçmaza isə 1 santimetr qar yağıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]
Ağdam Sosial Xidmət Mərkəzində 100-dən çox şəxs qayğı ilə əhatə olunub
- 05.06.2026 [09:28]