Qubada idman festivalı keçiriləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 16-da Quba Olimpiya İdman Kompleksində “İdman festivalı 2023”ə start veriləcək.
Gənclər və İdman Nazirliyindən (GİN) AZƏRTAC-a verilən məlumata görə, beş gün davam edəcək festivala 23 idman növü üzrə 168 idmançı (13-15 yaş), eləcə də 18 məşqçi qatılacaq. GİN və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki festivala Türkiyə və Keniyadan da idmançılar qatılacaqlar.
Noyabrın 16, 17 və 18-də idmançıları üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçiriləcək. Eləcə də Quba şəhərinə ekskursiya təşkil ediləcək.
Noyabrın 18 və 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar.
Qeyd edək ki, bu sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]
Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır
- 05.10.2026 [01:16]
Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb
- 04.10.2026 [21:23]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]
Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb
- 04.10.2026 [20:30]