QUBADA MEYVƏ SAXLAMAQ ÜÇÜN YENİ SOYUDUCULARA EHTİYAC ARTMIŞDIR
Quba, 10 fevral (AZƏRTAC). Bu il Qubanın meyvə bağlarından 110 min ton məhsul götürülmüşdür. Artan istehsal meyvələrin saxlanması üçün əlavə soyuducular alınmasına ehtiyacı artırmışdır.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Mübariz Xəlilov bildirmişdir ki, hazırda yığılan meyvənin yalnız 20 faizi saxlama kameralarına yerləşdirilmişdir. Meyvənin keyfiyyətli saxlanması üçün ümumi tutumu 35 min ton olan 3 soyuducu kamera mövcuddur. Soyuduculardan yalnız 200 fermer yararlana bilir. Bu ay Nügədi kəndində daha bir soyuducu istifadəyə veriləcəkdir. Martda isə rayonda 4 yeni soyuducu quraşdırılacaqdır. Beləliklə, yığılan məhsulun 75-80 faizinin saxlanmasına imkan yaranacaqdır. Lakin məhsulun qorunması üçün daha 10 kameraya ehtiyac vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]