Qubanın Qonaqkənd qəsəbəsində yeni mədəniyyət evi tikilib
Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC
Qubanın Qonaqkənd qəsəbəsində tikilən yeni mədəniyyət evində 55 nəfərlik tamaşa zalı, oxu zalı və başqa xidməti otaqlar fəaliyyət göstərəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəsəbədə tikilən yeni mədəniyyət evində mədəni tədbirlərin keçirilməsi, yerli folklor qruplarının, dərnəklərin fəaliyyəti nəzərdə tutulub.
Ümumi sahəsi 350 kvadratmetr olan binada son tamamlama işləri həyata keçirilir. Birmərtəbəli binanın dam örtüyü vurulub, qapı və pəncərələri qoyulub. Divarların boyanması başa çatdıqdan sonra daxili tərtibat və həyətin abadlaşdırılması işləri görüləcək.
Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsində son illər bir çox sosial infrastruktur layihələri icra olunub. 2019-cu ildə rayon mərkəzindən 47 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, qəsəbənin qazlaşdırılması həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]