QUŞÇULUQ MƏHSULLARININ YARMARKALARI SÜNİ BAHALAŞMANIN QARŞISINI ALIR
AZƏRTAC xəbər verir ki, martın 9-da Bakı şəhərində quşçuluq məhsullarının növbəti yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyi və Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri satış-yarmarkalar Bakı şəhərinin Təzə bazar, 3-cü mikrorayon, Sabunçu bazarlarında keçirilmişdir.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara keyfiyyətli yumurta və toyuq əti məhsulları təklif olunurdu. Hacıqabul quşçuluq fabrikindən Ramin Əliyev, Giləzi quşçuluq fabrikindən Rəşad Əhmədov, Sabir Əliyev, Goradil quşçuluq fabrikindən Rafael Əliyev və başqaları gətirdikləri yumurtanın bir ədədini 8-11 qəpiyə, toyuq ətinin kiloqramını 2 manat 40 - 2 man 50 qəpiyə satırdılar. Alıcılar məhsulların bolluğu və keyfiyyəti ilə yanaşı, qiymətlərin daha da ucuzlaşdırılmasını təklif etdilər.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, bü gün şəhərin yarmarkalarında satışa 18 ton quş əti və 500 min ədəd yumurta çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]