Rantik Aqarunov: Alberti unutmadıqlarına görə Azərbaycan xalqına təşəkkürümü bildirirəm
Bakı, 25 aprel, AZƏRTAC
Ailədə səkkiz qardaş, iki bacı idik. Albert aramızda ən kiçiyi idi. O, çox şən oğlan idi, musiqini çox sevirdi və müxtəlif musiqi alətlərində ifa edə bilirdi. Albert Suraxanı rayonu 154 nömrəli orta məktəbi bitirib. Sonradan həmin məktəbə onun adı verildi. Sovet ordusunda qulluqdan sonra o, könüllü olaraq Azərbaycan Ordusuna yazıldı. Vətənimizi qorumaq - hamımızın borcu idi. O da öz borcunu yerinə yetirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində yəhudi xalqının nümayəndəsi, Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda gedən döyüşlərdə canından keçərək şəhidlik zirvəsinə ucalan tankçı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.
“İndi biz İsraildə yaşayırıq. İldə bir neçə dəfə Bakıya gəlirik və mütləq Albertin məzarını ziyarət edirik. Alberti unutmadıqlarına görə, xatirəsini daim əziz tutduqlarına görə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm”, - deyə R.Aqarunov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]