RƏCƏB TAYYİB ƏRDOĞAN ERMƏNİ TƏXRİBATINA MEYDAN OXUMUŞDUR
Görüşü aparan fransız qadın jurnalist də erməni jurnalistinin həyasızlığından hiddətlənərək onun sözünü kəsmək məcburiyyətində qalmışdır. Çantasından bir plakat çıxarmaq istədikdə isə, Manukyan cangüdənlər tərəfindən salondan çıxarılmışdır.
Rəcəb Tayyib Ərdoğan daha sonra özünün İstanbul və Ankara ofisində Osmanlı hakimiyyətinin erməni xəstəxanalarına etdiyi yardımlara aid sənədlərin olduğunu da bildirərək demişdir: “Amma, hər halda o zamanlar, müharibənin ağır vaxtlarında, xəyanət edərək üsyan qaldıran ermənilərə “gözümüz üstə yeriniz var” söyləmək də mümkün deyildi”. Türkiyənin ermənilərdən fərqli olaraq heç zaman kin və nifrət siyasəti yürütmədiyini diqqətə çatdıran Baş nazir, Yerevan-İstanbul təyyarə reyslərinin açılmasının, Aktamar adasında erməni kilsəsinin bərpa olunmasının bunun bariz nümunəsi olduğunu söyləmişdir.