REGİONAL İNNOVASİYA ZONASININ YARADILMASI ÜZRƏ TƏKLİFLƏRİN MÜZAKİRƏSİ KEÇİRİLƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məsləhətçi şirkət, beynəlxalq və yerli mütəxəssislərlə birlikdə Regional İnnovasiya Zonasının (RİZ) yaradılması üzrə hazırlanmış təkliflər paketini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Yaxın vaxtlarda təkliflərin müzakirəsinin keçirilməsi planlaşdırılır.
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Bioinformatika: nailiyyətlər və tətbiqlər” mövzusunda keçirilən konfransda məlumat vermişdir. Nazir bildirmişdir ki, RİZ bütün ölkə miqyasında informasiya-kommunikasiya texnologiyaları (İKT) və digər texnoloji tutumlu məhsul və xidmətlərin istehsalı, istehlakı, ixracı ilə məşğul olan özəl, dövlət, qeyri-hökumət, yerli və xarici şirkətlər üçün güzəştli monitar, fiskal, tarif və digər mühitlərin yaradılmasını nəzərdə tutur. RİZ çərçivəsində dövlət dəstəyinə əsaslanan təhsil və tədqiqat mərkəzlərinin, o cümlədən informasiya texnologiyaları (İT) universitetinin, innovasiya yönümlü kiçik və orta sahibkarlığın yaradılması planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]