Rəqs qəlbin ahəngidir
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Dənizkənarı Milli Parkda Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “DanceAbility” inklüziv rəqs qrupunun konserti olub.
AZƏRTAC xəbər verir ki, “DanceAbility Azerbaijan” təşkilatının üçgünlük məşqlərinin nəticəsi olan çıxış zamanı sağlamlıq imkanları məhdud şəxslərin də daxil olduğu rəqs qrupu özünüifadə hissinin doğurduğu sevinci tamaşaçılarla bölüşüb. Bu rəqslərin yaratdığı abu-hava Nəsiminin insanda ali və kamil məxluq görməkdən ibarət olan fəlsəfi ruhunu Bakı bulvarına gətirib.
Rəqqasların çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.