RESPUBLİKA HƏRBİ KOMİSSARI SALYANDA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Respublika hərbi komissarı, general-mayor Əliağa Hüseynov Salyanda bir sıra görüşlər keçirmiş, əhalinin sosial problemləri, qayğıları, habelə hərbi xidmət məsələləri ilə maraqlanmışdır. Mərkəzi xəstəxanada, Yenikənd, Kürd-Qaraqaşlı və Arbatan kəndlərindəki görüşlərdə təkliflər irəli sürülmüş, problemlərdən danışılmışdır. Görüşlər əhalinin siyasi fəalliğinin xeyli artdığını da göstərmişdir. Salyanlılar qarşıdakı prezident seçkiləri üçün öz seçimlərini müəyyənləşdirdiklərini, Heydər Əliyevə yekdilliklə səs verəcəklərini bildirmişlər.