MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası uşaqları mütaliə etməyə dəvət edir
Bakı, 2 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş karantin rejimi günlərində oxucularını saytında etdiyi yeniliklərlə sevindirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, uşaqlar kitabxananın internet ünvanına əlavə edilən bu http://usaqkitabi.az/four-columns-2/ linki vasitəsilə evdə olduqları zamanı mütaliə edərək vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, oxucular saytda olan müxtəlif bölmələr vasitəsilə hekayələr, şeirlər, romanlar, biri-birindən maraqlı kitablar, səsli kitablar və həyata keçirilmiş layihələrlə tanış olma imkanı əldə edəcəklər.
Qeyd edək ki, layihə, Respublika Uşaq Kitabxanası, Gəncliyə Yardım Fondu və “Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) birgə təşkilatçılığı ilə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib
- 30.04.2024 [12:34]