İQTİSADİYYAT
Respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır VİDEO
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Neftçala rayonuna və Salyan rayonunun bir hissəsinə, saat 13:00-dan 18:00-dək Şamaxı rayonunun bir hissəsinə, həmçinin mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 12:00-dək Xaçmaz rayonunun bir hissəsinə, təmir işləri ilə əlaqədar isə işlər başa çatanadək Yevlax və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaqdır.